Biləsuvar sakini Bakınının Yasamal rayonunda bədbəxt hadisə nəticəsində ölüb.Missiya.Az "Report"a istinadən xəbər verir ki, 2008-ci il təvəllüdlü Tunar Bayramovu yaşadığı mənzildə ehtiyatsızlıqdan elektrik cərəyanı vurub.Yeniyetmə hadisə yerində dünyasını dəyişib.Qeyd edək ki, o, Biləsuvarın Ağalıkənd kəndindəndir.Faktla bağlı araşdırma aparılır.