EN

Qarabağa 9 ayda xərclənən vəsait 1,7 dəfə artıb

2023-cü ilin doqquz ayında Qarabağa 3 milyon 741 min manat vəsait xərclənib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 dəfə və ya 1 milyon 579 min milyon manat çoxdur. Bu barədə Maliyyə Nazirliyinin oktyabrın 19-da yaydığı hesabatda qeyd olunub. 
 
Bildirilib ki, bu rəqəm illik xərclərin 77,9%-nə bərabərdir. 
 
Cari ilin yanvar-sentyabrında işğaldan azad olunmuş ərazilərə 1 milyon 588 min manat investisiya qoyuluşu olub ki, bu da illik xərclərin 59,7%-ni təşkil edib.
 
Maliyyə Nazirliyinin "2024-cü il dövlət büdcəsi haqqında” Milli Məclisə təqdim olunan layihəsində qeyd olunub ki,  işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası üçün 3 milyard 825 milyon manat vəsait ayrılacaq. 
 
Cari il Qarabağın bərpası üçün 3 milyard manat ayrılıb. 
 
Ümumilikdə 2021-2022-ci illərdə Qarabağda yenidənqurma və bərpa işlərinə 6,4 milyard manat pul yönəldilib. 
 
Azərbaycan iki ildə işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə 4 milyard dollardan çox vəsait xərcləyib.
 
Bundan əvvəl maliyyə naziri Samir Şərifov mətbuata açıqlamasında bildirib ki, 2023-cü ildə Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə - Qarabağda və Şərqi Zəngəzurda layihə və tədbirlərin maliyyələşdirilməsinə 8,4 milyard manatdan çox vəsait ayıracaq.
 
Gülnar Nazimqızı 
   


www.anews.az
Chosen
754
1
anews.az

10Sources