Fransa müdafiə naziri Sebastyan Lekornyu gələn həftə erməni həmkarı Suren Papikyanla müzakirələr aparacaq.
APA xəbər verir ki, bu barədə fransalı nazir Senatın gələn il üçün müdafiə büdcəsinin müzakirəsi zamanı deyib.
Lekornyu deyib ki, Papikyanla Ermənistana hərbi yardım üçün konkret tədbirləri müzakirə olunacaq.
Xatırladaq ki, Fransanın XİN rəhbəri Ketrin Kolonna bu ayın əvvəlində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə brifinq zamanı demişdi ki, rəsmi Paris İrəvana hərbi texnikanın çatdırılmasına dair müqavilələr imzalamağa razılaşıb. Kolonna hər hansı təfərrüatı açıqlamaqdan imtina edib.