EN

Pakistanda yol qəzası nəticəsində 17 nəfər ölüb

Pakistanın Bəlucistan əyalətində sərnişin avtobusunun dərəyə aşması nəticəsində ölənlərin sayı artıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində 17 nəfər ölüb, 16 nəfər xəsarət alıb.

Qeyd edək ki, avtobusun sərnişinləri Tatta şəhərindən müsəlman sufilərin ziyarətgahına Bəlucistan əyalətində yerləşən Şah Noorani məbədinə gedən zəvvarlar olub.

İlkin ehtimala görə, sürücü idarəetməni itirib və nəticədə avtomobil dərəyə aşıb.

Chosen
268
3
sia.az

10Sources