EN

Gürcüstanda PARTLAYIŞ: ölənlər və yaralananlar var - YENİLƏNİB

Gürcüstanın paytaxtı Tbilisidə atıcılıq mərkəzində baş vermiş partlayış nəticəsində iki nəfər ölüb, dörd nəfər isə yaralanıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

12:37

Gürcüstanın paytaxtı Tbilisidə atıcılıq mərkəzində partlayış baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə Boçormi küçəsindəki "Battleground" atıcılıq mərkəzinin yaxınlığında qara tüstü görünüb.

Hadisə yerinə polis cəlb olunub. İlkin məlumatlara görə, yaralılar var.

 

Chosen
196
42
musavat.com

10Sources