EN

Paşinyandan Rusiyaya qarşı böyük səhv - Putin ciddi tədbirlərə əl ata bilər

“Ermənistan hakimiyyətinin Moskvada baş verən terrorla bağlı münasibət bildirməməsi son günlər gərgin olan Ermənistan-Rusiya münasibətləri ilə bağlıdır”.

Bu sözləri Publika.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Ermənistan hökuməti hazırda Rusiya ilə məsafə saxlamağa çalışır:

“5 apreldə Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsseldə görüşlər keçirəcək. Düşünürəm ki, Paşinyan da anlayır ki, onun terroru pisləməməsi, xəbərlərin bu şəkildə yayılması Rusiya-Ermənistan münasibətlərini indikindən daha çox pisləşdirə bilər”.

Chosen
274
50
publika.az

10Sources