EN

"Neftçi"dən yeni qərar - Mövsüm sonu...

Cari mövsüm yekunlaşdıqdan sonra oyunçuların göstərdiyi performansa əsasən kimin komandada qalıb-qalmayacağı bəlli olacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə “Neftçi” Peşəkar Futbol Klubunun yaydığı açıqlamada deyilir.

"Son günlərdə mətbuatda mövsümün sonunda “Neftçi”dən ayrılacaq futbolçular barədə xəbərlər yazılır. Neftçi” PFK olaraq bildiririk ki, yayılan bu xəbərlər şayiədən ibarətdir, həqiqəti əks etdirmir. Hazırda hər hansı bir futbolçumuzun komandanı tərk edəcəyi ilə bağlı qərar qəbul edilməyib", - açıqlamada bildirilir.


Müəllif: Teleqraf.com
Chosen
241
26
teleqraf.com

10Sources