Bu gün Misli Premyer Liqasında 27-ci tura yekun vurulacaq.
İdmanxeber.az-ın məlumatına görə, son oyun günündə 2 matç keçiriləcək. “Turan Tovuz” lider “Qarabağ”ı qəbul edəcək. Tovuz təmsilçisi 35 xalla 7-ci, “Qarabağ” isə 63 xalla çempionata başçılıq edir.
Turun son qarşılaşmasında “Sabah” “Sumqayıt”ın qonağı olacaq. “Kimyaçılar” 39 xalla 4-cü, “bayquşlar” isə rəqibinin 2 xal gerisində 5-cidir.
17 mart
16:00. “Turan Tovuz” – “Qarabağ”
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev.
Tovuz şəhər stadionu
19:00. “Sumqayıt”– “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
15 mart
“Neftçi” – “Səbail” – 3:0
16 mart
“Araz-Naxçıvan” – “Qəbələ” – 1:1
“Zirə” – “Kəpəz” – 2:1