EN

Rusiyalı məşqçi: "Qırmızı vərəqə olmasaydı, "Qarabağ" qələbəni əldən verməzdi"

Rusiya millisinin qapıçı məşqçisi Vitali Kafanov "Qarabağ"ın Avropa Liqasının 1/8 finalında "Bayer"ə qarşı keçirdiyi səfər oyunu haqda fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis "atlılar"da çıxış edən rusiyalı qolkiper Andrey Lunyovun çıxışından razı qaldığını bildirib:

"Qarabağ" yaxşı oynadı, 2:0 öndə olsalar da, üstünlüyü qoruya bilmədilər. Buraxılan ikinci qolda Lunyovun bəxti gətirmədi. Hər şeyi düz edirdi, amma bəxt amili ondan yana olmadı.

Düşünürəm ki, qırmızı vərəqə olmasaydı, "Qarabağ" qələbəni əldən verməzdi. Lunyov da bacardığını etdi. İndi məni narahat edən Lunyovun psixoloji durumudur. Bu məğlubiyyəti tez unuda bilməsi mühümdür".
Chosen
73
6
futbolpress.az

10Sources