Bakı. Trend:
“Qarabağ” yenə yaxşı oynadı. Yenə hesabda 2:0 öndə idilər, ammabu dəfə də matçın sonlarında üstünlüyü əldən verdilər.
Trend İdman.biz-əistinadən xəbər verir ki, bunu Rusiya millisinin qapıçılar üzrəməşqçisi Vitali Kafanov deyib.
Təcrübəli mütəxəssis “Qarabağ”ın Avropa Liqasının 1/8 finalmərhələsində “Bayer”ə qarşı keçirdiyi cavab oyunu dəyərləndirib. O,Rusiya millisinin qapıçısı Andrey Lunyovun çıxışına da toxunub:
“İlk qol vurulanda Andreyin komandanı xilas etmək şansı az idi.İkincidə bəxti gətirmədi. Lunyov hər şeyi düz etdi. Amma bəxtyetərli olmadı. Andrey öz işini gördü”.
Kafanov oyunun psixoloji təsirindən ehtiyatlanır:
“Hesab edirəm ki, qırmızı vərəqə olmasaydı, qələbəni əldənverməyə də bilərdilər. Andrey öz növbəsində bacardığı hər şeyietdi. Adətən belə matçlar qapıçı və oyunçuları özündən çıxarır.Futbolçular belə məğlubiyyəti uzun müddət ürəklərinə salırlar. Mənidaha çox Andreyin psixoloji vəziyyəti narahat edir. Onun ağrılıməğlubiyyəti tez unutması və bu matçlaradək olan vəziyyətəqayıtması vacibdir. Lunyov psixoloji baxımdan güclüdür. Düşünürəmki, bu dövrü arxada qoya biləcək”.
Qeyd edək ki, “Qarabağ” Leverkuzendəki görüşdə 2:0 hesabı iləöndə olsa da, sonradan üç qol buraxaraq məğlub olub.