EN

Azərbaycanlı ailə qətlə yetirildi

Almaniyada azərbaycanlı gənc 2 ailə üzvünü öldürməkdə, 3-nü isə yaralamaqda ittiham olunur.

Publika.az xəbər verir ki, hadisə Saksoniya-Anhalt vilayətinin paytaxtı Maqdeburq şəhərində baş verib.

Belə ki, 18 yaşlı oğlan 42 yaşlı anasını və doqquz yaşlı qardaşını öldürməkdə şübhəli bilinərək həbs edilib.

Maqdeburq polisinin nümayəndəsi deyib ki, hadisədən sonra bıçaq da daxil olmaqla şübhəli şəxsə aid olduğu deyilən bir neçə əşya ələ keçirilib.

Polisin məlumatına görə, təqsirləndirilən şəxslər və zərərçəkənlər Azərbaycan mənşəli olsalar da, həm Türkiyə, həm də Rusiya vətəndaşlığı var.

Chosen
373
19
publika.az

10Sources