EN

5 gün öncə itkin düşən kişinin meyiti tapıldı

Sumqayıtda 5 gün öncə itkin düşən kişinin meyiti tapılıb.

 

Modern.az xəbər verir ki, 1968-ci il təvəllüdlü Akif Cəfərov 5 gün qabaq “Yaşıldərə” adlı yaşayış massivindən çıxaraq itkin düşmüşdü.

 

Polis tərəfindən axtarışda olan A. Cəfərovun meyiti bu gün yaşadığı “Yaşıldərə” yaşayış massivində kanalın kənarından tapılıb.

 

Fakt araşdırılır.

Chosen
135
14
modern.az

10Sources