EN

Hacıqabulda yanğında 4-ü bir ailənin üzvü olmaqla 5 nəfər həlak olub-FOTO-VİDEO - YENİLƏNİB-4

Dəqiqləşdirilmiş məlumata əsasən, gecə saatlarında Hacıqabul rayonunun Nəvahı qəsəbəsində baş vermiş yanğın hadisəsi taxta konstruksiyadan ibarət barak tipli yaşayış evində baş verib.

APA xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

***

04.06

Hacıqabul rayonunun Navahı qəsəbəsində fərdi yaşayış evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə APA-ya FHN-dən bildirilib.

***

03.13

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Hacıqabul rayonunun Navahı qəsəbəsində fərdi yaşayış evində yanğın olması barədə ilkin məlumat daxil olub.

APA xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam edir.

Əlavə məlumat veriləcək.

***

02.52

Hacıqabuldakı baş verən yanğının bəzi təfərrüatları məlum olub.

APA-nın hadisə yerində olan müxbiri xəbər verir ki, yanğın nəticəsində bir ailənin 4 üzvü - Cəlilabad sakini, 1950-ci il təvəllüdlü Abışova Sara, onun qızı 1981-ci il təvəllüdlü Hacıqabul sakini, Abışova Aybəniz Yolçu qızı, övladları- 2010-cu il təvəllüdlü Sadıqova Zəhra Elçin qızı, 2012-ci il Sadıqov Elgün Elçin oğlu və digər ailənin üzvü, 1943-cü il təvəllüdlü Mahmudov Mütəllim Əliyar oğlu yanaraq həlak olublar.

Sara Abışovanın Cəlilabaddan qızıgilə qonaq gəldiyi bildirilir.

Daha 2 nəfər yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hazırda onların adları dəqiqləşdirilir.

***

02.43

Xəbərə foto və video əlavə olunub.

***

02.32

Hacıqabul rayonunun Navahı kəndində yanğın baş verib.

APA xəbər verir ki, yanğın nəticəsində yaşayış evinin damı uçub. Hadisə zamanı 5 nəfər ailə üzvü də evdə olub. Qohumların dediyinə görə onlar yanğında həlak olub.

Hadisə yerinə 3 yanğınsöndürən avtomobil cəlb olunub. Güclü külək alovla mübarizəni çətinləşdirir. Hazırda yanğın lokallaşdırılıb.

Hacıqabulda Hacıqabulda Hacıqabulda
Chosen
581
4
apa.az

10Sources