EN

Ukrayna hərbi təchizatında İTKİ: Ruslar ordunun ilk "Abrams" tankını məhv etdilər - FOTO/VİDEO

Ukrayna Silahlı Qüvvələrinin ilk ABŞ istehsalı "Abrams" tankı Rusiya ordusu tərəfindən məhv edilib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “Forbes” yayıb.

Tankın əvvəlcə FPV pilotsuz təyyarəsinə hücum etdiyi, daha sonra isə qumbaraatandan açılan atəş nəticəsində məhv edildiyi bildirilir.

Qeyd edək ki, Amerika tankının məhv edilməsi barədə daha əvvəl Rusiya Müdafiə Nazirliyi məlumat vermişdi. Ukrayna tərəfi məsələ barədə hələ ki, rəsmi məlumat verməyib.
 



Bizim.Media

Chosen
276
38
bizim.media

10Sources