EN

Papikyan: Rusiya Fransa ilə əməkdaşlığımıza hörmət etməlidir

Kiminlə və hansı səviyyədə əməkdaşlıq etmək barədə qərar Ermənistanın suveren hüququdur və bu, Ermənistanın və onun xalqının maraqlarına əsaslanır. E

Yenisabah.az xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Suren Papikyan deyib.

“İrana gəlincə, Ermənistan-Fransa əməkdaşlığı Ermənistanın naminədir və heç kimə qarşı yönəlməyib. Bizim həm Fransa, həm də İranla əməkdaşlıq etmək hüququmuz var. Fransalı tərəfdaşlarımız digər tərəfdaşlarla əməkdaşlığımıza, iranlı tərəfdaşlarımız isə digər tərəfdaşlarla əməkdaşlığımıza hörmətlə yanaşırlar. Rusiya da bunu etməlidir. Ermənistanın öz maraqlarına uyğun əməkdaşlığına dair heç bir tabu yoxdur. Bu əməkdaşlıq heç bir ölkəyə qarşı yönəlməyib”, - deyə Papikyan qeyd edib.

Onun sözlərinə görə, 2022-ci ilin sentyabr hadisələrindən sonra Ermənistan hərbi-texniki əməkdaşlığın şaxələndirilməsi vəzifəsini qarşısına qoyub:

"Bu hadisələrdən sonra hərbi-texniki əməkdaşlığı şaxələndirmək qərarına gəldik. Buna ilk reaksiya verən dost Hindistan oldu, avropalı tərəfdaşlar arasında isə dost Fransa ilk reaksiya verdi.

Fransanın reaksiyası və bu ölkə ilə əməkdaşlığı bizim üçün çox önəmlidir və bunu çox yüksək qiymətləndiririk. Müdafiə sahəsində il yarımlıq əməkdaşlıq müddətində deyə bilərik ki, tərəfdaşlığımız bizə uzunmüddətli planlar qurmağa imkan verəcək. Hava hücumundan müdafiə vasitələrinin doldurulması Ermənistanın hava məkanının təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Heç bir tərəfdaş və ya müttəfiq üçün silah almırıq”.


Telegram kanalımız
Chosen
291
10
yenisabah.az

10Sources