QOL.az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən "Qarabağ" da meydana çıxıb.
Qurban Qurbanovun komandası Bakıda "Braqa"nı qəbul edir. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş saat 21:45-də başlayıb.
Portuqaliyada 4:2 hesabı ilə möhtəşəm qələbə qazanan "Qarabağ"ın 1/8 finala çıxmaq və yeni bir tarix yazmaq üçün yaxşı şansı var. "Braqa" növbəti mərhələyə yüksəlmək üçün "Qarabağ"a 3 top fərqi ilə qalib gəlməlidirsə, Ağdam təmsilçisinə hətta 0:1 hesablı məğlubiyyət də kifayət edir ki, 1/8 finala adlasın.
22 fevral
UEFA Avropa Liqası
Pley-off mərhələsinin cavab oyunu
21:45. "Qarabağ" (Azərbaycan) - "Braqa" (Portuqaliya) - 0:0 (İkinci hissə)
Baş hakim: Georgi Kabakov (Bolqarıstan)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun - 4:2