ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini Syu Biniazini Azərbaycanda səfərdədir.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin rəsmi “Facebook” səhifəsində məlumat verilib.
Məlumata görə, Biniazini noyabrda Bakıda COP29-un uğurla keçirilməsinə ABŞ-nin dəstəyini vurğulamaq üçün hökumət rəsmiləri ilə görüşəcək.
O, həmçinin ADA Universitetində iqlim böhranının həlli üzrə beynəlxalq əməkdaşlıq mövzusunda keçirələcək tədbirdə çıxış edəcək.
Bizim.Media