EN

Kamil Zeynallı Bakıdadır - Video

Xəbər verdiyimiz kimi, Moskvanın "Domodedovo" hava limanında saxlanılan fitnes məşqçisi Kamil Zeynallı sərbəst buraxılıb.

BiG.AZ APA-ya istinadən xəbər verir ki, o artıq Bakıya qayıdıb.

K.Zeynallını Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yaxınları, media və ictimaiyyət nümayəndələri qarşılayıblar.

Həmin görüntüləri təqdim edirik:

Xatırladaq ki, Kamil Vətən müharibəsi başlayandan iki gün sonra, 29 sentyabr 2020-ci ildə Ermənistan tərəfindən axtarışa verilib. Ona qarşı həmin ölkənin Cinayət Məcəlləsinin 135 (İnsanlığa qarşı cinayətlər), 137 (Müharibə cinayətləri), 140 (Müharibə aparmaq üçün qadağan olunmuş üsullardan istifadə edən hərbi cinayətlər), 147 (Muzdlu cəlb etmək) və 149-cu (Təcavüz) maddələri ilə ittiham verilib.


BiG.Az
Chosen
213
50
big.az

10Sources