EN

"Kamil Zeynallının ifadəsi alınıb, azadlığa buraxılacaq" - AÇIQLAMA

"Kamil Zeynallının ifadəsi alınıb, azadlığa buraxılacaq" - AÇIQLAMA

Tanınmış idmançı Kamil Zeynallı Rusiyada saxlanılıb. Kamil Zeynallı Ermənistan tərəfindən beynəlxalq axtarışa verildiyini və onların tələbi ilə saxlanıldığını bildirib. İdmançı Rusiya tərəfindən Ermənistana təhvil veriləcəyini deyib. Bəs Kamil Zeynallı Ermənistana təhvil verilə bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Razi Nurullayev bildirib ki, Kamil Zeynallının Ermənistana verilməsi mümkün deyil:

"Azərbaycan dövləti buna imkan verməz. Çünki bu Azərbaycanın nüfuzuna böyük zərbə olar. Həm də bu hadisə Rusiya-Azərbaycan münasibətlərini gərginləşdirə bilər. Ona görə düşünürəm ki, Kamil Zeynallının Ermənistana verilməsi mümkün deyil. Azərbaycan həbsxanalarında olan separtçılar və onların əlaltıları hər zaman Rusiya rahat şəkildə gedib-gəliblər. Azərbaycan onları beynəlxalq axtarışa versə də Rusiya o separatçıları heç vaxt həbs edib, bizə verməyib. Bu baxımdan düşünürəm ki, bu məsələdə nəsə analaşılmazlıq var. Düşünürəm ki, Kamil Zeynallının ifadəsini alınıb, azadlığa buraxılacaq və o, Azərbaycana geri qayıdacaq".

Chosen
238
42
sonxeber.az

10Sources