EN

Ötən il elektromobil idxalı artık

2023-cü ildə Azərbaycanda 2021-ci illə müqayisədə 20 dəfəyədək daha çox elektromobil idxal olunub. Bunu ekologiya naziri Muxtar Babayev bildirib.

"Köhnə və istifadəyə yararsız nəqliyyat vasitələrinin utilizasiyası proqramı çərçivəsində avtomobil sahiblərinə güzəştlər təklif etməklə yerli avtomobil istehsalı, ekoloji dayanıqlılıq və təkrar emal təşviq edilir. Bir çox xarici inkişaf etmiş ölkələrdə ətraf mühitə çirkləndiricilərin atılmasına, həmçinin karbon emissiyalarının buraxılmasına görə karbon vergisi tətbiq olunur",- nazir "Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər” adlı Forumda bildirib
 
Azərbaycanda 1992-ci ildən qüvvədə olan Ətraf mühitin çirkləndirilməsinə görə ödənişlərin tətbiqi Qaydalarına 2022-ci ildə müvafiq dəyişikliklər edilib.
 
Aytac Zeynalova 

www.anews.az
Chosen
309
50
anews.az

10Sources