EN

Ötən il yol qəzalarında ölən və yaralananların sayı açıqlandı

Bakı. Trend:

2023-cü ildə 1636 və ya 2022-ci illə müqayisədə 1,9 faiz azyol-nəqliyyat hadisəsi baş verib. Bu hadisələr nəticəsində zərərçəkən şəxslərin sayı 2,7 faiz azalaraq 2229 nəfər olub.

Trend xəbər verir ki, bubarədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, onlardan 862-si həlak olub, 1367-si isəyaralanıb. Hadisələrin 42,5 faizi gündüz, 38,9 faizi gecə, 18,6faizi isə toran vaxtı baş vermiş, 31,5 faizi həftənin şənbə vəbazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 87,1 faizi yaşayış məntəqələrindəbaş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilənisbətən 8,2 faiz artaraq 636 nəfər, yaralananların sayı isə 2,3faiz azalaraq 1299 nəfər olub.

Bütün yol-nəqliyyat hadisələrinin 39,7 faizi nəqliyyatvasitələrinin və piyadaların, 38,2 faizi bir neçə nəqliyyatvasitəsinin, 22,1 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı iləbaş verib. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların75,4 faizini, yaralananların isə 72,3 faizini kişilər təşkiledib.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunmasısəbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 22hadisə baş verib, nəticədə 6 nəfər həlak olub, 29 nəfər yaralanıb.Hadisələrin 17-si minik avtomobillərinin sürücüləri tərəfindəntörədilib.

Chosen
356
4
az.trend.az

10Sources