EN

Soyuqdəymə kimi düşünülən böyrək ağrıları çürüməyə səbəb ola bilər - ƏLAMƏTLƏRİ

Bədənin süzgəc funksiyasını yerinə yetirən böyrəklər funksiyasını itirdikdə zamanla bəzi siqnallar verir. 

Ölkə.Az xəbər verir ki, çox vaxt soyuqdəymə ilə qarışdırılan bəzi vəziyyətlər böyrək xəstəliklərinin ən erkən əlamətləri ola bilər. 

Böyrəklərdə sağlamlıq problemlərini göstərən əlamətlər aşağıdakılardır:

  • Sidik tezliyinizdə dəyişikliklər
  • Qanlı və bulanıq sidik
  • Sidik edərkən yanma və ağrı
  • Sidik ifrazının artıb və ya azalması 

Böyrəklər orqanizmin süzgəc funksiyasını yerinə yetirir. Buna görə də bədənə daxil olan yüksək miqdarda toksinlər böyrəkləri yorur. 

Orqanizmdə toksinlərin çox olması böyrəklərin fəaliyyətinə təsir etdiyi üçün orqanizmdə adi haldan daha çox yorğunluq və zəiflik hiss olunur. 

Mütəxəssislər psixoloji olduğu düşünülən və ya sadə bir soyuqdəymə olaraq görülən yorğunluğun diqqətdən kənarda qalmaması lazım olan bir simptom olduğunu söyləyirlər.

Böyrəklərdə funksiyanın itirilməsi orqanizmdə mayenin yığılmasına səbəb olur. Xüsusilə əllərdə və ayaqlarda, burun nahiyəsində ödəm əmələ gəlir.

Qan təzyiqinin tənzimlənməsində mühüm rol oynayan böyrəklər funksiyasını itirdikdə təzyiq xəstəliklərinə səbəb olur. Böyrək xəstəlikləri hipertansiyonun ortaya çıxmasına səbəb ola bilər.

Heç bir səbəb olmadan baş verən iştahasızlıq və arıqlama da böyrək xəstəliklərinin əlamətləridir.

Bədəndə yığılan toksinlər böyrəklər tərəfindən xaric edilmədikdə dəridə qaşınma yarada bilər.

Həmçinin böyrək xəstəlikləri sümük ağrısına səbəb ola bilər.

Günay

Chosen
254
5
olke.az

1Sources