EN

Azərbaycanlı sevdiyi qızın doğum günündə sərxoş olub qəza törətdi: Özü öldü, dostu ağır yaralandı – FOTO/VİDEO

Rusiyanın Tula vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, ad günündən qayıdan azərbaycanlı gənclər qəzaya düşüblər.

Həmyerlimiz Sənan Ağabala oğlu Qədirov hadisə yerində dünyasını dəyişib.

Avtomobildə olan digər sərnişin Sənan Vaqif oğlu Mirzəyevin isə vəziyyəti ağırdır.

Qeyd edək ki, hadisəyə səbəb Sənan Qədirovun sevdiyi qızın doğum günündə sərxoş olaraq sükan arxasına əyləşməsi olub.

 

 

Chosen
699
1
editor.az

10Sources