EN

İspaniyada limanda 8 ton kokain tapılıb

İspaniyanın hüquq-mühafizə orqanları Alxesiras limanında (Əndəlus muxtar icması) konteynerlərdən birində 8 ton kokain aşkar ediblər.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları istintaq zamanı İspaniyada narkotik vasitələrin əldə edilməsinə görə məsul olduğu güman edilən bir şəxsi saxlayıblar. Həmçinin daha iki nəfər barəsində cinayət işi açılıb.

Qeyri-qanuni yük İspaniyaya Surinamdan gəlib. Kokain narkotiklərin skaner tərəfindən aşkarlanmasının qarşısını almaq üçün xüsusi olaraq hazırlanmış metal konstruksiyaya yerləşdirilmiş halda olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Chosen
281
31
milli.az

10Sources