EN

Erməni əsgərin ölümü ilə bağlı yeni detal: intihar edib

Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinə təlim düşərgəsinə gedən erməni əsgərin ölümü təsadüfi olmayıb.
 

Modern.az xəbər verir ki, “Joğovurd” qəzetinin məlumatına görə, əsgər intigar edib - özünü yandırıb.

“Hadisə ilə bağlı daxil olan məlumata görə, kabinədə yanğının naməlum şəraitdə baş verməsi əsas götürülərək, İstintaq Komitəsində cinayət işinin xüsusiyyətləri, bir sıra fərziyyələr araşdırılır”.

Xatırladaq ki, fevralın 6-da saat 13:20 radələrində əsgər Artur Qriqoryan (1985-ci il təvəllüdlü) naməlum şəraitdə baş vermiş yanğın nəticəsində ölüb.

Chosen
247
17
modern.az

10Sources