Bakı. Trend:
İsrailin müdafiə naziri Yoav Qalant ABŞ Prezidentinin enerjiməsələləri üzrə müşaviri Amos Hokşteyn ilə söhbətində Livanlasərhəddəki böhranı diplomatik üsullarla həll etməyə hazır olduğunubildirib.
Trend xəbər verirki, bu barədə “The Times of Israel” yazıb.
"Biz böhranı diplomatik üsullarla həll etməyə hazırıq. Bununlabelə, başqa ssenarilərə də hazırıq", - Qalant bildirib.
Hokşteynlə görüş Tel-Əvivdə baş tutub.
Öz növbəsində İsrail televiziyası bildirib ki, Hokşteyn“Hizbullah”ın qüvvələrini İsraillə sərhəddən çıxara biləcəyininmümkün diplomatik həlli barədə siqnallar verib.
Oktyabrın 7-də Həmasın İsrailə hücumundan sonra “Hizbullah”Qəzzadan olan fələstinlilərlə həmrəylik ifadə etmək üçün mütəmadiolaraq İsrail ərazisini atəşə tutub. Bununla belə, Livan qrupugenişmiqyaslı döyüşlərdən yayınıb. İsrail də öz növbəsində“Hizbullah”ın hücumlarına cavab verib, lakin indiyədək gərgindöyüşlərdən çəkinərək diqqətini Livanla sərhəddə deyil, Qəzzadagedən döyüşlərdə cəmləyib.