Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin də formasını geyindiyi "Adana Demirspor" Türkiyə Superliqasında 24-cü tur oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, komanda səfərdə "Pendikspor"la qarşılaşıb.
Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu matçda Şahruddin Məhəmmədəliyev də iştirak edib. Qolkiper meydana start heyətdə çıxıb və sonadək oynayıb.
Hazırda turnir cədvəlində "Adana Demirspor" 31 xalla 9-cu, "Pendikspor" isə 26 xalla 16-cıdır.
"Pendikspor" - "Adana Demirspor" 2:1
Qollar: Dabi, 11, Nayir, 22 - Nani, 90+10