EN

Azərbaycanda zinət əşyaları kəskin bahalaşacaq

Ölkələrin iqtisadi inkişaf, maliyyə dayanıqlığı göstəricilərindən biri də qızıl istehsalı və ya ehtiyatının həcmidir. Azərbaycanda da qızıl mədənləri mövcuddur. Həmin mədənlərdən hasil edilən qızılın miqdarı müəyyən dövrlər üzrə dəyişkəndir. Hazırkı statistika isə azalan istiqamətdədir.

Dövlət Statistika Komitəsi xəbər verir ki, 2023-cü ildə Azərbaycanda 2 min 614 kiloqram qızıl hasil edilib. Bu rəqəmlər 2022-ci ilin göstəricilərindən 17,7 faiz azdır. Bəs hasilatın azalmasına səbəb nədir? İşğaldan azad olunmuş ərazilərimizdəki qızıl mədənlərində hasilat prosesi başlayıbmı?

Bu sektor Azərbaycan üçün yenidir

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov dedi ki, hasilatın artırılması üçün yüksək texnologiyaların cəlb edilməsi lazımdır: “Bütün hallarda nəzərə almalıyıq ki, bu sektor Azərbaycan üçün yenidir. Ona görə də mütəmadi olaraq, illik göstəricilərin dəyişməsini müşahidə edə bilirik. Bu da məhz həmin sektorun yeni olması və daha çox texnologiya tələb etməsi ilə bağlıdır.

Amma nəzərə almalıyıq ki, Zəngilanda və Kəlbəcərdə ehtiyatlarımız kifayət qədər böyükdür. İşğaldan azad edilən ərazilərimizdəki ehtiyatlarımızın böyük olması qızıl hasilatının artırılmasına imkan yaradacaq. Növbəti illərdə Azərbaycanda qızıl hasilatının artacağı gözlənilir. Çünki işğaldan azad olunmuş ərazilərimizdə daha intensiv şəkildə qızıl hasilatı mümkündür”.

Yataqlara yenidən baxılması planlaşdırılır

İqtisadçı Elmir Səfərli bildirdi ki, qızıl hasilatımız artırıldıqdan sonra dünya birjalarına da çıxmağımız mümkün olacaq: “Azərbaycanda qızılın istehsalı ən çox Daşkəsən, xüsusən də Qarabağ zonasına düşür. Nəzərdə tutulur ki, gələcəkdə Qarabağ zonasında qızıl hasilatını artırmaq üçün o yataqlara yenidən baxışlar keçirilsin və resursların imkanları araşdırılsın. Gələcəkdə işğaldan azad olunan ərazilərdə də qızıl yataqlarının işlənməsinə başlanılacaq. Başlandıqdan sonra artıq istehsal da artacaq. İstehsal artdıqdan sonra həm yerli tələbatı ödəyə biləcəyik, eyni zamanda dünya birjalarında da qızılla bağlı fəaliyyətlər gerçəkləşdirmək mümkün olacaq”.

Qızıla tələbat azalır

Chosen
386
1
publika.az

10Sources