EN

Ötən il ölkədə iki milyarda yaxın sərnişin daşınıb

2023-cü ildə ölkədə 1 milyard 694 milyon sərnişin daşınıb.

Valyuta.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, 2003-2023-cü illər ərzində ölkədə, xüsusən də paytaxtda nəqliyyat parkının müasirləşdirilməsi, sərnişinlərin müntəzəm marşrut avtobuslarından təhlükəsiz və rahat istifadəsini təşkil etmək məqsədilə bir sıra layihələr icra olunub. 

İctimai nəqliyyatda son illər infrastruktur yenilənib, sərnişinlərin ixtiyarına daha rahat, iritutumlu avtobuslar verilib. 2003-cü ildə 785 milyon 600 min, 2023-cü ildə isə 1 milyard 694 milyon sərnişin daşınıb. 

Son 20 illə müqayisədə sərnişin daşınması iki dəfədən çox artıb.

Əvəz Həsənov

Chosen
352
50
valyuta.az

10Sources