EN

ABŞ və Britaniya husilərin hədəflərinə yenidən sıra zərbələr endirdi

ABŞ və Böyük Britaniya Yəməndə üsyançı husilər "Ənsar Allah" hərəkatının hədəflərinə növbəti silsilə zərbələr endirib.

 

Modern.az-ın məlumatına görə, bu barədə husilərə məxsus "Al Masirah" televiziya kanalı bildirib.

 

Məlumata əsasən, hücuma Qırmızı dənizdə yerləşən Hudeyda liman şəhərinin Əl-Cabban bölgəsi məruz qalıb.

 

Hudeydada partlayış səsləri və Yəmənin sahilyanı ərazilərində Amerika təyyarələrinin fəaliyyətini Livanın “Əl Mayadeen” telekanalı da yayıb.

Chosen
304
16
modern.az

10Sources