EN

Məşhur qadın rejissor vəfat etdi

Türkiyəli rejissor, ssenarist və prodüser Birsen Kaya 81 yaşında dünyasını dəyişib.

Publika.az "Habern Global"a istinadla xəbər verir ki. bu barədə rejissor və prodüser Biket İlhan paylaşım edib.

Qeyd edək ki, Birsen Kaya Türkiyənin ilk qadın rejissorlarından biri olub.

“Macəra filmləri ilə tanınan ilk qadın rejissorlardan biri Birsen Kayanı itirdik. Kino həyatına Halit Refiqin assistenti kimi başlayan Kaya 15 filmə rejissorluq edib. Ötən illərdə Adana “Qızıl Koza” Film Festivalında görüşmüşdük. Rejissorluq etdiyi illərdən, o çətin şəraitdə yaratdığı möcüzələrdən danışmışdı. Hüzur içində yatsın, əziz dostumuz”, - deyə Biket İlhan bildirib.

Chosen
187
4
publika.az

10Sources