ABŞ və Böyük Britaniya İran kəşfiyyatının maraqları naminə dissidentlərin təqibində iştirakda ittiham olunan 11 nəfərə sanksiyalar tətbiq edib.
KONKRET.az Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller mətbuat konfransında bildirib.
“Bu gün sanksiya tətbiq edilən şəxslər, əldə olan məlumatlara görə, transmilli repressiyalarla, o cümlədən çoxsaylı qətllər və adam oğurluqları ilə məşğul olan, ABŞ-da əməliyyatlar planlaşdıran şəbəkə ilə bağlıdır”, – məlumatda qeyd olunub.