EN

Rayonlarda 7-11 dərəcə şaxta var -

Yanvarın 24-ü saat 12:00-a olan məlumatına əsasən ölkə ərazisində qarlı, şaxtalı hava şəraiti davam edir.Metbuat.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumat yayıb.Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR-da, Qazax-Gəncə, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran, Qarabağ və Şərqi Zəngəzur, Lənkəran-Astara zonasında qar yağır, bəzi yollar buz bağlayıb.

Hazırda havanın temperaturu Bakıda və Abşeron yarımadasında 1 dərəcəyədək isti, Naxçıvan MR-da 5 dərəcəyədək şaxta, Aran rayonlarında 1 dərəcə şaxtadan 1 dərəcəyədək isti , dağlıq rayonlarda 7, yüksək dağlıq ərazilərdə isə 11 dərəcəyədək şaxtadır.

Chosen
171
29
metbuat.az

10Sources