EN

Səidə 5 həmkarını yıxıb-sürüdü - “Civi”, sex işçisi..." - VİDEO

Tarix: 18 Yanvar 2024 18:45

"O beş xanım müğənni (Vəfa Şərifova, Nəfəs, Zeynəb Həsəni, Şəbnəm Tapdıq, Damlanı nəzərdə tutur - red.)  gərək yaxşı mahnılar oxusunlar. Kafe musiqiləri oxumaq lazım deyil.
"Civi", sex işçisi yox, əsl musiqiçi olmaq lazımdır. Onların təkcə oxuduğu mahnılarda yox, görüntüdə belə problem var. Zövqsüzlük, "qıjılıqdır"". 
Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Səidə Sultan qonaq olduğu "Həmin Zaur" verilişində deyib. 
Sənətçi gənc həmkarlarını zövqsüz adlandırıb: 

"Onları düzəltmək mümkün deyil. Çünki onlar elə doğulublar. Təbiətləri elədir. Onların xarici görkəmlərini nə qədər düzəltsən də, daxillərində "qıjılıq" var. O beş xanım müğənnilərin dünyaya baxış pəncərələri kiçikdir. Elə bilirlər ki, onları tək azərbaycanlılar görür. Onlar "qıjıvaridir". 
Milli.Az

Chosen
440
4
sonxeber.net

4Sources