EN

“Yuventus” 17 oyunluq məğlubiyyətsizlik silsiləsini sürdürür

Ötən gecə İtaliya A Seriyasının 20-ci turu çərçivəsində evdə “Sassuolo” ilə qarşılaşan “Yuventus” rəqibini 3:0 hesabıyla məğlub edib.

Arena.az məlumat verir ki, “qoca sinyora” ardıcıl 17 oyundur ki, uduzmur.

“Yuve” sonuncu dəfə rəsmi oyunda ötən ilin sentyabrın 23-də məğlub olub. Bu, İtaliya A Seriyası çərçivəsində elə, həmin “Sassuolo” ilə oyununda baş verib – 2:4.

Bundan sonra “Yuventus” bütün yarışlarda keçirdiyi növbəti 17 oyunda məğlubiyyət tanımayıb. “Qoca sinyora “Leççe” (1:0), “Torino” (2:0), “Milan” (1:0), “Verona” (1:0), “Fiorentina” (1:0), “Kalyari” (2:1), “Montsa” (2:1), “Napoli” (1:0), “Frozinone” (2:1 və 4:0), “Roma” (1:0), “Salernitana” (6: 1 və 2:1) və “Sassuolo” (3:0) ilə oyunlarda qələbələri sıralayıb. Massimiliano Alleqrinin yetirmələri həmçinin “Atalanta” (0:0), “İnter” (1:1) və “Cenoa” (1:1) ilə heç-heçə ediblər.

Turin təmsilçisi növbəti oyununu yanvarın 21-də keçirəcək. Massimiliano Alleqrinin komandası A Seriyasının 21-ci turu çərçivəsində səfərdə “Leççe” ilə qarşılaşacaq. Bu oyuna Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.

Chosen
359
12
arena.az

10Sources