EN

Sərxoş kişilər metroda qadını yıxdı

Rusiyanın  Sankt-Peterburq şəhərində  təqaüdçü metroda eskalatora çıxarkən xəsarət alıb.

 

Oxu24.com xəbər  verir  ki, bu barədə “Fontanka” məlumat yayıb.

 

Hadisə Lenin meydanı stansiyasında baş verib. İlkin məlumata görə, eskalator hərəkətdə olarkən iki sərxoş kişi yaşlı qadının üstünə düşüb.

 

Təqaüdçü  yıxılaraq başı yerə  dəyib.

 

Nəticədə qadın sağ radiusun sınığı diaqnozu ilə Mariinski xəstəxanasına yerləşdirilib. 

 

 Hazırda  polis  hadisə ilə bağlı bütün halların müəyyən edilməsi üçün araşdırma aparır.

 

Müəllif: Nigar

 

Chosen
259
50
oxu24.com

10Sources