Gülüşün insan orqanizminə təsiri ilə bağlı aparılan araşdırmalar maraqlı nəticələr ortaya çıxarıb.Metbuat.az xəbər verir ki, mütəxəssislərin bildirdiyinə görə, gülmək təkcə əhval-ruhiyyəni yaxşılaşdırmır, həm də bir sıra fiziki faydalar verir. Araşdırmalara əsasən, gülüş zamanı orqanizmdə endorfin ifrazı artır ki, bu da həm ağrını azalda, həm də stress səviyyəsini aşağı sala bilər. Eyni zamanda, gülüşün nəfəs sistemini aktivləşdirdiyi və ağciyərlərin daha yaxşı işləməsinə kömək etdiyi bildirilir. Mütəxəssislər qeyd edir ki, müntəzəm gülüş qan dövranını yaxşılaşdıra, ürək-damar sisteminə müsbət təsir göstərə və immun sistemini gücləndirə bilər. Hətta qısa müddətli sağlam gülüşün bədənin rahatlamasına və psixoloji gərginliyin azalmasına səbəb olduğu vurğulanır.Alimlərin fikrincə, gündəlik həyatda daha çox gülmək ümumi sağlamlıq üçün sadə, lakin effektiv üsullardan biridir.