EN

Ağalıda məktəblilər veloyürüşə qoşulub

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Zəngilan, 3 iyun, AZƏRTAC

İşğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndində fəaliyyət göstərən Ağalı kənd tam orta ümumtəhsil məktəbinin şagirdlərinin iştirakı ilə 3 İyun - Dünya Velosiped Günü ilə əlaqədar veloyürüş təşkil olunub.

Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, veloyürüş Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin və Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub. Bu günün qeyd edilməsində məqsəd sağlamlıq, rifah və davamlı inkişaf üçün velosipeddən istifadənin təşviq edilməsidir.

Müxbir-Aydın Yavərzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
23
1
azertag.az

2Sources