EN

Əlilliyi olan şəxslər üçün bu qaydalar TƏSDİQLƏNDİ

Ajans.az-ın əldə etdiyi məlumata görə, yeni qaydaların tələbləri yeni bina və qurğuların layihələndirilməsi, yenidən qurulması, mövcud obyektlərin əsaslı təmiri və uyğunlaşdırılması, həmçinin ümumi istifadəli ərazilərin planlaşdırılması zamanı tətbiq olunacaq. Qaydalar ümumi istifadədə olan ərazilərin, bina və qurğuların funksional-planlaşdırma elementlərinə, onların yerləşdiyi torpaq sahələrinə, yaxınlaşma yollarına, girişlərə, daxili kommunikasiyalara, təxliyə yollarına, yaşayış və xidmət otaqlarına, eləcə də iş yerlərinə şamil edilir. Bununla yanaşı, sənəd binaların, qurğuların və ictimai istifadədə olan ərazilərin informasiya və mühəndis təminatını da əhatə edir. Sənədə əsasən, yaşayış məntəqələrində infrastruktur obyektlərinin layihələndirilməsi və tikintisi zamanı universal dizayn prinsipləri tətbiq edilməli, əlilliyi olan şəxslərin həmin obyektlərə maneəsiz çıxışı təmin olunmalıdır. Layihə həlləri əlilliyi olan şəxslər üçün xidmət məntəqələrinə və digər təyinat yerlərinə əlçatanlığı, hərəkət və təxliyə yollarının təhlükəsizliyini, yanğın və digər fövqəladə hallarda vaxtında və maneəsiz təxliyə imkanlarını, həmçinin xidmətlərdən istifadə üçün zəruri məlumatların vaxtında əldə edilməsini təmin etməlidir. Qaydalara görə, bina və qurğularda əlilliyi olan şəxslərin, eləcə də hərəkət imkanları məhdud digər əhali qruplarının sərbəst və ya müşayiətçi vasitəsilə təhlükəsiz hərəkəti və fövqəladə hallarda təxliyəsi üçün binanın bütün hissələrindən tam həcmdə istifadə imkanları yaradılmalıdır.

Eyni zamanda, əlilliyi olan şəxslər üçün nəzərdə tutulan əlçatanlıq həlləri digər əhali qruplarının hüquq və imkanlarına mənfi təsir göstərməməli, onların həyat fəaliyyətini məhdudlaşdırmamalıdır.

Chosen
20
Ajans.az

1Sources