Macarıstan Ukrayna-Rusiya müharibəsinin həlli ilə bağlı danışıqlara ev sahibliyi etməyə hazır olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Peter Magyar Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibəsində deyib. O bildirib ki, Macarıstan diplomatik və humanitar dəstək göstərməyə hazırdır və ölkə danışıqlar üçün platforma kimi istifadə oluna bilər.