EN

Əkrəm Həsənov: “Heç biz də əmin ola bilmərik ki, evimizdə kamera var, ya yoxdur”

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

İnsanlar istirahət üçün həm xarici ölkələrə, həm də Azərbaycanın səfalı bölgələrinə üz tutur, orada ya oteldə qalır, ya da ev kirayələyirlər. Lakin istirahət zamanı müxtəlif xoşagəlməz hadisələrlə də qarşılaşmaq ehtimalı da var. Bu da insanları narahat edə bilər.İnsanlar qaldığı oteldə gizli kamera olub-olmadığına necə əmin olar bilər, necə yoxlaya bilər?Bu cür hallarla qarşılaşanda həmin obyekti hara şikayət etməlidir?

Bu barədə Bizimyol.info xəbər portalına danışan vəkil Əkrəm Həsənov bildirib ki, bunun üçün xüsusi avadanlıqlar olmalıdır ki, orada kamera olub-olmadığını müəyyən etmək mümkün olsun:

“İnsan əlbəttə ki, mehmanxanada qalarkən özü bunu yoxlaya bilməz. Çünki bunun üçün xüsusi avadanlıqlar olmalıdır ki, orada kamera olub-olmadığını, insanın çəkilib-çəkilmədiyini müəyyən etmək mümkün olsun. Bunu yalnız peşəkar şəxslər edə bilər. Hər bir insan bunu edə bilməz.

Aydın məsələdir ki, insan onun çəkilməsindən xəbərsiz olacaq və bunu bilməyəcək. Tutaq ki, mehmanxanada 1-2 gün qalıb çıxıb gedir. Sonradan üzə çıxa bilər ki, orada çəkiliş olub, ya yox.

Heç biz də əmin ola bilmərik ki, evimizdə kamera var, ya yoxdur. Belə hallar Azərbaycanda da olub. Kiminsə evinə kamera qoyulub və çəkiliş aparılıb. Bu, hər şeydən əvvəl cinayətdir, insanın şəxsi həyatına müdaxilədir.

Əkrəm Həəsnov əlavə edib: “Əlbəttə ki, hüquq-mühafizə orqanlarına şikayət edilə bilər ki, konkret bu əməli törədən şəxslərə qarşı cinayət işi açılsın.

Mehmanxanaya qarşı isə iddia qaldırıla bilər, ən azı vurulan mənəvi zərərin əvəzinin ödənilməsi üçün.

Sadəcə insanlar ehtiyatlı olmalıdırlar. Biz elə bir dövrdə yaşayırıq ki, hər addımımız video və ya audio ilə qeydə alına bilər. Üstümüzdə telefon gəzdiririksə, deməli, səsimizin də hər an eşidilməsi mümkündür.

Kim bunu istəmirsə, çayın kənarına, göl kənarına və ya meşəyə getməlidir ki, telefon götürmədən tam əmin olsun ki, onu heç kim çəkmir”.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
26
bizimyol.info

1Sources