EN

Ehtiram Quliyev: Müəssisələr süni intellektin məlumat emalı nəticəsində fəaliyyətlərini daha səmərəli planlaşdırır

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 3 iyun, AZƏRTAC

Biz tədqiqat və araşdırma fəaliyyətlərinə başlamışıq. Əgər hansısa ölkəyə məhsul ixrac etməkdə maraqlısınızsa, sadəcə bir neçə sual verməklə süni intellektdən ətraflı məlumat və təhlil əldə edə bilərsiniz.

AZƏRTAC xəbər verir ki, bu barədə Rəqəmsal Logistika Platformasının (DLP) layihə rəhbəri Ehtiram Quliyev 2-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda deyib.

O bildirib ki, süni intellektin yaratdığı əsas imkanlardan biri məlumatların emalı, təhlili və hesabatlılığının təmin edilməsidir.

“Məsələn, transsərhəd proseslərdə hər hansı problem yarandıqda və ya sistemə köhnə məlumatlar daxil olduqda, süni intellekt problemin mənbəyini müəyyənləşdirməyə və mümkün riskləri proqnozlaşdırmağa kömək edir. Daha sonra müəssisələr bu təhlilləri nəzərə alaraq qərarlar qəbul edir və fəaliyyətlərini daha səmərəli şəkildə planlaşdırırlar”, - deyə Ehtiram Quliyev qeyd edib.

Fotoqraf - İlkin Cavanşirov

Video - İlham Nadirov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
2
1
azertag.az

2Sources