EN

Musa Qasımlı: Qərbi Azərbaycana qayıdış ideyası tarixi həqiqətlərə əsaslanır

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 3 iyun, AZƏRTAC

XIX əsrdən etibarən irəli sürülən “böyük Ermənistan” ideyası tarixi həqiqətlərə əsaslanmadığından iflasa uğrayıb. Bu, təkcə bir ideyanın dağıdılması deyildi, bütövlükdə orta əsrlərdən bəri quraşdırılmış planların dağıdılması idi. Azərbaycanın müstəqillik qazandığı 1991-ci ildən etibarən əsas milli ideyamız torpaqlarımızın işğaldan azad edilməsi olub.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Musa Qasımlı Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I beynəlxalq elmi konfransda deyib.

O bildirib ki, Xankəndidə Azərbaycan Bayrağının ucaldılmasından sonra isə yeni milli ideya olan Qərbi Azərbaycana qayıdış müəyyənləşdirildi: “Bu ideya tarixi həqiqətlərə əsaslanır. Tarixi sənədlərə nəzər saldıqda bunu aydın şəkildə görmək mümkündür. Məsələn, 1922-ci ildə Xalq Torpaq Komissarlığının Zaqafqaziya hökumətinə göndərdiyi məxfi məktubda qeyd edilirdi ki, Zəngəzurun 405 min desyatin torpağı Ermənistana verilmişdir. Bu, təxminən 4 min 425 kvadratkilometr ərazi deməkdir. Rus məmuru Nikolay Şavrov yazırdı ki, Qafqazda yaşayan 1 milyon 300 min erməninin təxminən 1 milyonu bölgəyə sonradan köçürülmüş əhalidir. Birinci Dünya müharibəsi illərində erməni xeyriyyə təşkilatlarının rəsmi statistik məlumatlarına görə, 250-260 min erməni indiki Ermənistan ərazisinə yerləşdirilmişdi.

Bundan başqa, Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Karen Dəmirçiyanın 1986-cı ilin noyabrında hazırladığı məxfi məktubda qeyd olunurdu ki, sovet hakimiyyəti illərində Suriya, İran, İraq, İordaniya və digər ölkələrdən Ermənistana 230 min erməni köçürülüb.

Burada iki mühüm sual meydana çıxır. Birincisi, köçürülən bu insanlar hansı evlərdə və təsərrüfatlarda yerləşdiriliblər? İkincisi isə bu gün Ermənistan əhalisinin etnik və demoqrafik formalaşması ilə bağlı məsələdir. Tarixi-demoqrafik proseslərə nəzər saldıqda bu sualların cavabı aydın görünür. Hesab edirəm ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi Qərbi Azərbaycana qayıdış ideyasının öz məqsədinə çatacaq. Bugünkü konfransda gənclərin, alimlərin və tədqiqatçıların iştirak etməsi, onların məruzələrlə çıxış etməsi bu ideyanın elmi əsaslarının daha da möhkəmlənməsinə və təşviqinə əlavə töhfə verəcək”.

Müxbir - Aysel Azadqızı

Fotoqraf - Tofiq Babayev

Videooperator - Mirrəsul Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
9
3
azertag.az

4Sources