EN

Avstraliya Polşada Ukrayna qoşunlarına təlim keçəcək

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 3 iyun, AZƏRTAC

Avstraliya Polşada Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinə təlim keçəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Avstraliya Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib.

“2026-cı ilin ortalarından etibarən Avstraliya Silahlı Qüvvələri Polşada ukraynalı hərbçilərə təlim keçmək üçün Norveçin rəhbərlik etdiyi çoxmillətli “Legio” əməliyyatı ilə tərəfdaşlığa başlayacaq”, - deyə ölkənin müdafiə naziri Riçard Marlz bildirib. Nazir, həmçinin vurğulayıb ki, Avstraliya Ukraynaya dəstəyini davam etdirəcək.

Avstraliya qoşunları artıq Böyük Britaniyada Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinə təlim keçir. Lakin Polşadakı təlim Ukrayna sərhədinə yaxın yerdə baş tutacağı üçün ölkənin əməliyyat ehtiyaclarını daha yaxşı ödəyəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
1
1
azertag.az

2Sources