EN

ABŞ-da banka bombalı HÜCUM – İnsanlar girov götürüldü – VİDEO

ABŞ-də Kaliforniya ştatının Beykersfild şəhərində naməlum şəxs bankın qarşısında barrikada quraraq bir neçə nəfəri girov saxlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə "ABC News" televiziya kanalı məlumat yayıb.

Üzərində bomba olan naməlum şəxs yerli vaxtla saat 13:00 radələrində (Bakı vaxtı ilə saat 00:00) Chase bank filialına girib içəridə barrikada qurub. Hüquq-mühafizə orqanlarının əməkdaşları binanı mühasirəyə alıblar.

Girovlardan biri azad edilib, lakin bankın içərisində saxlanılanların ümumi sayı hələlik məlum deyil.

"Təsdiqlənmiş bomba təhlükəsi ilə əlaqədar Çester prospekti və 17-ci küçədə yerləşən Chase Bank binasındayıq",- yerli hüquq-mühafizə orqanlarının rəsmiləri bildiriblər.

Hadisə yerinə Federal Təhqiqat Bürosunun agentləri də göndərilib.


Bizim.Media

Chosen
11
1
bizim.media

10Sources