EN

Avropa çempionatı: Millimiz yarımfinal matçına çıxır

BAKI, 3 iyun. TELEQRAF

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında bu gün yarımfinal oyununa çıxacaq.

Teleqraf xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu komanda finala vəsiqə uğrunda Serbiya millisi ilə üz-üzə gələcək.

Qarşılaşma “Tipos Arena”da keçiriləcək. Matç Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Günün digər yarımfinal görüşündə Macarıstan və Ukrayna yığmaları qarşılaşacaq. Bu oyun saat 21:15-də başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi F qrupunda Avstriyanı 1:0, İtaliyanı 3:0, Fransanı isə 3:2 hesabı ilə məğlub edib. Komandamız 1/8 finalda Qazaxıstanı 3:2, 1/4 finalda isə Çexiyanı 5:2 hesabı ilə üstələyərək yarımfinala yüksəlib.

Chosen
55
teleqraf.com

1Sources