EN

Paltardan "Rexona" izini aparmağın sadə üsulu açıqlandı

Ağ köynəklərin qoltuqaltı hissəsində yaranan inadkar sarı ləkələrin əsl səbəbi məlum olub. Çox vaxt bu ləkələrin tərdən qaynaqlandığı düşunülsə də, əsl günahkar dezodorantların tərkibindəki aluminiumdur. İnsan təri ilə dezodorantdakı aluminium birləşdikdə kimyəvi reaksiya baş verir və bu reaksiya parçaya hoparaq sarı ləkələr yaradır.

Demokrat.az bildirir ki, paltarları yuyarkən ləkələrin təmizlənməməsi çox vaxt səhv geyinmə vərdişləri ilə bağlıdır. Səhərlər dezodorant vuran kimi gözləmədən köynəyi geyinmək ləkəni parçaya beton kimi bərkidir. Yaş və rütubətli dezodorant qurumamış paltara toxunduqda kimyəvi reaksiya daha da sürətlənir. Bunun qarşısını almaq üçün vasitənin dəridə tam qurumasını gözləmək, tələsdikdə isə qoltuqaltı nahiyəni quru salfetlə qurulamaq lazımdır.

Mövcud ləkələri geyimlərdən təmizləmək üçün mətbəxdə olan təbii vasitələrdən yararlanmaq mümkündür. Bunun üçün quru köynəyin ləkəli hissəsinə soda səpilir və üzərinə sprey şüşəsi ilə ağ sirkə püskürdülür. Yaranan köpüklü reaksiya parçanın liflərinə hopmuş aluminium əsaslı kimyəvi bağları saniyələr ərzində parçalayaraq ləkəni yox edir.
Yeni ləkələrin yaranmasının qarşısını almaq üçün isə fərqli şəxsi qulluq vasitələrinə üstünlük verilməlidir. Mağazadan alış-veriş edərkən tərkibində aluminium olmayan, məsamələri qapamayan və təmiz bitki tərkibli dezodorantlar seçmək problemi kökündən həll edir.

Yəni ağ paltarlarda qalan çirkin sarı ləkələrə təriniz yox, istifadə etdiyiniz dezodorantın tərkibindəki kimyəvi maddələr səbəb olur. Həmin ləkələri təmizləmək üçün evdə olan soda və ağ sirkə qarışığından istifadə edə bilərsiniz.

Aytən
Demokrat.az
Chosen
47
1
demokrat.az

2Sources