EN

Banqladeş Prezidenti: “Bu gün Azərbaycan xalqının qətiyyətinin sübutudur”

Bizim media portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:“Zati-aliləri.Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə Banqladeş xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

 

Bu əlamətdar gün Azərbaycan xalqının qətiyyətinin, mətanətinin və milli ruhunun qürurverici sübutudur. İllər ərzində Azərbaycan Sizin bacarıqlı rəhbərliyinizlə sosial-iqtisadi tərəqqiyə nail olmaq və beynəlxalq miqyasda mövqeyini möhkəmləndirmək istiqamətində mühüm nailiyyətlər qazanıb.

Banqladeş Azərbaycanla qarşılıqlı hörmətə və sülh, sabitlik, rifahla bağlı ortaq istəklərə əsaslanan dostluq münasibətlərini yüksək qiymətləndirir. Əminəm ki, ölkələrimiz arasında sıx dostluq və əməkdaşlıq əlaqələri qarşıdakı illərdə daha da möhkəmlənəcək və genişlənəcək.Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə cansağlığı və davamlı uğurlar, dost Azərbaycan xalqına bundan sonra da sülh, tərəqqi və firavanlıq arzulayıram.Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
33
16
bizim.media

10Sources