EN

​Zelenski Qərbi köməyə çağırdı “Mütləq və həyati zərurətdir”

Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Bu müharibənin nəhayət bitməsi üçün Avropanın raketdən müdafiə sisteminə ehtiyacı var. ABŞ-nin isə “Patriot” kompleksləri üçün raket tədarükü etməsi hazırda mütləq və həyati zərurətdir. Əgər Ukrayna ballistik və digər raket zərbələrindən qorunmasa, bu hücumlar davam edəcək”.

“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın iyunun 2-nə keçən gecə törətdiyi növbəti ölümcül raket-dron hücumundan sonra "X" sosial şəbəkəsində etdiyi müraciətdə bəyan edib.

Ukrayna Xarici İşlər Naziri Andriy Sibiqa da dövlət başçısının sözlərini dəstəkləyərək Kremlin bu addımını çarəsizlik adlandırıb: “Putin terror etməkdən başqa heç bir kozırı qalmayan bir müharibə cinayətkarı və uğursuzdur. Moskva döyüş meydanında uduzur və heç bir raket miqdarı bunu dəyişdirə bilməz. Putinin yeganə çıxış yolu bu müharibəni dərhal dayandırmaqdır”.

Zelenskinin bu müraciətinə səbəb olan son kütləvi hücum nəticəsində Ukrayna daxilində azı 20 nəfər mülki şəxs həlak olub, 100-dən çox insan isə yaralanıb. Rusiya tərəfi isə hücumda hipersəs raketlərindən istifadə etdiyini və hərbi obyektləri vurduğunu iddia edib.

Ukrayna Hərbi Hava Qüvvələrinin yaydığı rəsmi rəqəmlərə görə, son sutka ərzində Rusiya ölkəyə 73 raket və 656 dron atıb. Hava hücumundan müdafiə qüvvələri onlardan 602 dronu və 40 raketi vura bilsə də, ballistik raketlərin qarşısını almaqda çətinliklər yaşanır.

"AFP" agentliyinin Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatları əsasında apardığı təhlil vahiməli statistikanı ortaya qoyub. Məlum olub ki, təkcə may ayı ərzində Rusiya Ukrayna tərəfə rekord sayda – 8 150 uzaqmənzilli zərbə dronu buraxıb. Bu, aprel ayı ilə müqayisədə 24% artım deməkdir. Kiyev hazırda dron və qanadlı raketlərin 90%-ni zərərsizləşdirə bilsə də, ballistik zərbələr qarşısında silahsız qalır.

Ekspertlər qeyd edirlər ki, Ağ Evin hazırda diqqətinin tamamilə İranla müharibə və gərginliyə yönəlməsi Rusiyanın Ukraynaya qarşı zərbələrini daha da amansızlaşmasına və fəallaşmasına şərait yaradıb.

Ukrayna ordusu da daxili cəbhədə cavab addımları atıb. Ukrayna dronlarının hücumu nəticəsində Rusiyanın Kursk vilayətində 1 nəfər ölüb, Krasnodardakı neft emalı zavodunda isə güclü yanğın baş verib.

Rasim

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
46
azpolitika.info

1Sources