EN

ABŞ dövlət katibinin köməkçisi Bakıda Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda səfərdə olan ABŞ dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr Şəhidlər xiyabanını ziyarət edib.

Bu barədə Missiya.Az ABŞ-nin Bakıdakı səfirliyinin sosial şəbəkələrdəki paylaşımına istinadən xəbər verir.

"Dövlət Katibinin Köməkçisi Kaleb Orrun rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçənlərin xatirəsini ehtiramla yad edib", - paylaşımda bildirilib.

The U.S. delegation led by Assistant Secretary of State Caleb Orr paid tribute at Martyrs’ Alley, honoring the memory of those who sacrificed their lives for Azerbaijan’s independence and sovereignty. pic.twitter.com/K2zGjOi8B5

— U.S. Embassy Baku (@USEmbassyBaku) June 2, 2026

Chosen
48
16
missiya.az

10Sources